Bizim hekayəmiz

Trabzonda yolda başlayan dadın Bakıdakı hekayəsi.

Bir səfərdə daddığımız çörək əvvəl xatirəyə, sonra insanların gözlədiyi bir dada, sonda isə Trabzon Fırına çevrildi.

Trabzon Fırının qurucusu fırında təzə çörəklə Bir dayanacaqdan Bakıya
Hər şey necə başladı?

Bəzən böyük bir fikir yolüstü dayanacaqdan başlayır.

2019–2020-ci illərdə Türkiyəyə maşınla səfər edərkən Trabzonda yol kənarındakı bir fırın diqqətimizi çəkdi.

Fırının qarşısında tırlar dayanır, sürücülər yola çörək götürürdü. Biz də maraqlanıb bir çörək aldıq. Qızarmış qabığı, qoxusu və doyumlu dadı yadımızda qaldı. Geri qayıdanda həmin yoldan keçib yenə o fırında dayandıq.

Çörəkləri Bakıda ailəmiz və tanışlarımızla bölüşdük. Dadına baxanlar sonradan bizdən yenə həmin çörəyi soruşmağa başladılar. O zaman düşündük: niyə bu dadı Bakıda da bişirməyək?

Trabzon Fırının təzə çörəkləri
Fikirdən fırına

Trabzon Fırın 2021-ci ilin martında qapılarını açdı.

Bu gün xəmiri təbii acı maya ilə hazırlayırıq. Əsas mayalanma 5–6 saat çəkir. Bəzi xüsusi çeşidlər isə daha oturuşmuş dad üçün soyuqda 12–24 saat dincəlir.

Sonra xəmir kündələnir, ustanın əlindən keçir və fırına verilir. Tələsmirik, çünki çörəyin ətri, qabığı və iç quruluşu həmin gözləmə vaxtında yaranır.

Bizim üçün çörək sadəcə gündəlik qida deyil. O, evə aparılan qoxu, bölüşülən süfrə və yadda qalan bir daddır.
Bizim üçün vacib olan

Hər gün eyni qayğı ilə bişirmək.

Sadə və aydın

Çörəyi mürəkkəbləşdirmirik. Düzgün xammal, təbii maya, su, duz və ustalığa güvənirik.

Vaxtına buraxılan xəmir

Xəmirin yetişməsini sürətləndirmirik. Dadın formalaşması üçün ona lazım olan vaxtı veririk.

Ailə süfrəsinə uyğun

Trabzon ənənəsini Bakıda gündəlik süfrəyə yaraşan geniş çörək çeşidi ilə davam etdiririk.

Fırına gedən yol

Yaxşı çörək dörd addımda, tələsmədən yaranır.

  1. 01Təbii mayanın hazırlanması
  2. 025–6 saat mayalanma
  3. 03Kündələmə və dincəlmə
  4. 04Fırında bişirmə
Bu gün nə bişib?

İsti çörəyinizi ayırmaq üçün bizə yazın.

Günün çeşidini və sizə yaxın filialı WhatsApp-dan soruşun — tez cavab veririk.